Eternals

Eternals

Azerbaijani 자막 다운로드

릴리스 정보

Eternals
다음의 해설 themuratyusif
Xoş izləmələr!

태그

other
게시일: 2022-01-12
다운로드: 50
청각 장애인용: No

Azerbaijani 자막 미리보기

처음 200줄입니다.

Tərcümə: themuratyusif Xoş izləmələr!

Başlanğıcda...

6 Sonsuzluq Daşı və yaradılış başlamadan əvvəl

SƏMAVİLƏR var idi. Baş səmavi Arişem ilk ulduzu

yaratdı və kainata işığı bəxş etdi.

Həyat başladı və inkişaf etdi. Hər şey tarazlıqda idi.

Ta ki kosmosun dərinliklərindən gələn təbii olmayan ağıllı növlərlə

qidalanan yırtıcılar gələnə qədər. Onlar DEVİANTLAR adlanırdılar.

Kainat xaosa sürüklənmişdi.

Tarazlığı bərpa etmək üçün Arişem Olimpiya planetinin qəhrəmanları

- ölümsüz ƏBƏDİLƏRİ Deviantları məhv etmək üçün göndərdi.

Əbədilərin Arişemə sarsılmaz inancı var idi, ta ki Baş Əbədi Eycek

tərəfindən başçılıq edilən bir tapşırıq hər şeyi dəyişdirənə qədər...

Vaxt çatdı.

Gözəldir, elə deyil?

Adım İkarisdir.

Mən də Sersi.

E.Ə. 5000 Mezopotamiya

Gəlir! Qaçın!

Ata!

Qaç!

Yaxşı döyüşdün.

Sən də.

Təşəkkürlər, Eycek.

İndi London

İnsan tarixini formalaşdıran artefaktlar

Zibil!

Bağışlayın. Bağışlayın.

Bilirəm, gecikmişəm, Çarli.

Çarlz Darvin 1809-1882

Bu geniş dünyamızda

Ölçüsüz kobudluq və cürufun arasında

Qapalı və etibarlı qəlbinin mərkəzində

Mükəmməllik toxumu yuva qurar

Şairin insanlıqda tapdığı ümid və nikbinlik özündə...

bizim son qələbəmizi əks etdirir - əhalinin yarsısının qayıdışı...

Şükür, o gəlib çıxdı.

Bizim çox ağıllı muzey alimimiz xanım Sersi...

bundan sonra təqdimatınızı o verəcək və əslində bugün də o verməli idi.

Təşəkkürlər, cənab Uitman. Gecikdiyimə görə bağışlayın, uşaqlar.

Bugün biz tarazlıqda olan ekosistemlərdə üstün yırtıcıların önəmini öyrənəcəyik.

Şeir?

Nə edəcəyimi bilmirdim və uşaqlar məni həyəcanlandırırlar.

Məncə, çox cazibədar idiniz, professor.

Gecə görüşərik.

Uh! "Gecə görüşərik".

Yaxşı, sakitləşin.

Deməli...

Kim deyə bilər üstün yırtıcı nədir?

Qida üçün ovlanan heyvanlardır.

Əla.

Üstün yırtıcılar da bütün yırtıcılar kimi qida üçün ovlanırlar.

Amma bir şey onları fərqləndirir.

Onların yaşadıqları ərazidə onları ovlayacaq qədər güclü başqa bir heyvan olmur.

Kim bir misal deyə bilər?

Aslanlar.

- Canavarlar. - Düzdür.

Zəlzələ.

Aşağı əyilin! Aşağı əyilin!

Bu zəlzələdir, uşaqlar! Aşağı əyilin! Partaların altına keçin!

Qoy sənə kömək edim. Qorxma, indi keçəcək.

Hər şey yaxşıdır. Buraya gəl.

Sən yaxşısan. Sən yaxşısan.

Bu mahnıdan xoşum gəlir.

Mənim də.

Rəqs etmək istəyirsən?

Bir dəqiqə, nə?

Əlin!

Çox içmisən. Getməliyəm.

Ad günün mübarək!

Ad günün mübarək, əziz Deyn!

Ad günün mübarək!

-Hip, hip! -Urra!

Bu orta əsrlərdəndir?

Üstündə ailə gerbi var.

Çox bahalı şeyə oxşayır.

Qiymət endirməkdə yaxşıyam.

Çox sağol.

Ad günün mübarək.

Mənim evimə köçmək məsələsini düşündün?

Hə, düşündüm.

Sənin evinə köçə bilmərəm.

Hə. Bunu deyəcəyini təxmin etmişdim.

Üzr istəyirəm.

Və məncə, səbəbini bilirəm.

Sən cadugərsən?

Nə?

Doktor Strenc kimi.

Yox. Mən...

Fikir vermişəm ki, sənin ətrafında olanda qəribə hadisələr baş verir.

Məsələn, ofisiant bizə fikir verməyəndə suyumuz kofeyə dönür.

Kofe aludəçiliyin var deyə belə deyirsən.

Və Sprayt bəzi şeylər deyirdi...

Sən və keçmiş sevgilin bir əsr əvvəl ayrılmış imişsiniz.

O bunu dedi?

Və o uça bilirmiş.

O pilotdur.

Özünüzə bir otaq tapın.

İndi gedə bilərik? Yatmaq vaxtım keçir.

Həqiqətən bir-birinizi sevirsiniz?

Deyək ki, sevirəm.

Onda ona həqiqəti desən, yaxşı olar.

Həll etməyə çalışıram.

Pizza istəyirsiniz?

Yox, təşəkkürlər!

Əbədi yaşamayacaq, bilirsən. Onun evinə köç.

Mən səninlə yaşayıram.

Deyn.

O deviantdır?

Deyn, qaç!

- Sersi? - Gəl.

- O şey nədir? - Deviant!

Demişdin hamısını öldürmüsünüz!

Bunu ona demisən?

- Mənə inanmışdın? - İndi hə!

Nə edirsən?

Deyni qoru!

Sersi, gözlə! Nə?

Sən yaxşısan, dostum.

Sprayt!

Yox. Pilləkənlər.

Qaçın! Gedin! Gedin!

- Gedin! - Tanrım!

Harada olduğumuzu bilir!

Necə?

Bilmirəm!

Sprayt!

Sprayt!

İkaris!

Axşamınız xeyir, xanımlar.

Diqqətli ol!

Cadugər.

Üzr istəyirəm.

O özünü sağaltdı?

İkaris.

Səni görmək xoşdur.

Səni də görmək xoşdur, Sprayt.

Adım Deyndir.

Salam, Deyn.

Sən də, deyəsən, pilotsan.

Biz Əbədilərik, Olimpiya adlı bir planetdənik.

7000 il əvvəl buraya Domo adlı kosmik gəmimizlə

insanları Deviantlardan qorumaq üçün gəlmişik.

Beş əsr əvvəl hamısını öldürdüyümüzü zənn edirdik, amma yenə qayıdıblar.

Bax, əgər mənim yanıma köçmək istəmirsənsə, bunu deyə bilərsən.

Deyn, bu ciddi bir məsələdir.

Bilirəm. Sadəcə cadugər olmadığını qəbullana bilmirəm.

Ümid edirdim məni zürafəyə çevirə bilərsən.

Uşaqlıqda həmişə zürafə olmaq istəyirdim.

Bu çox pis oldu. Hisləri olan canlıları çevirə bilmirəm.

Səndən çox şirin zürafə olardı.

Bəs niyə Tanosla döyüşdə kömək etmədiniz?

Ya da müharibələrdə, tarix boyu baş verən qorxunc hadisələrdə?

Bizə Deviantlar işin içində olmadığı müddətcə...

insan konfliktlərinə qarışmamaq əmr edilmişdi.

Niyə?

Əgər 7000 il boyu insanları hər şeydən qorusaydıq...

heç vaxt əsl potensialınıza çatacaq qədər inkişaf edə bilməzdiniz.

Bəs Deviantların nəsli uzun illər öncə tükənibsə...

niyə hələ də buradasınız?

Gözləyirdik...

Evə qayıda biləcəyimizi deməklərini.

Deməli...

İkaris.

Günəşə çox yaxın uçan oğlan.

Sprayt bu hekayəni biz Afinada yaşayanda uydurub.

Eramızdan əvvəl 5-ci əsrdə.

Nə qədər vaxt birlikdə olmusunuz?

5000 il.

Bax bu uzun müddətli münasibətdir.

Nə baş verdi?

O getdi.

Həmişə qayıdacağını düşündüm, amma...

o heç vaxt qayıtmadı.

Mən də həyatıma davam etdim.

Bunu etdiyinə şadam.

Bağışla.

Getməliyəm.

Bu səhər baş verən bənzəri görülməmiş qlobal zəlzələ

bir çox böyük dövlətlərdə qorxu və panikaya səbəb olub.

Çoxları bunun "Blip" ilə bağlı olduğunu düşünür.

BMT təcili görüş çağırıb...

O deviant özünü sağaltdı.

Əvvəl bunu edə bilmirdilər.

Və insanların yerinə bizim arxamızca gəlirdi. Nə baş verir?

Mən zəlzələyə görə sizi yoxlamağa gəlmişdim.

O deviant mənə də sürpriz oldu.

Dünyaya nəsə olur.

Bu, təsadüf ola bilməz.

Digərlərini tapmalıyıq.

Bəzilərini əsrlərdir görməmişəm.

Çox dəyişdiklərini düşünmürəm.

Qəlbini qırdığıma görə üzr istəyirəm, Sersi.

Amma birlikdə olmalıyıq.

Təhlükə keçəndən sonra sizi tərk edəcəyəm.

Birinci Eycekin yanına gedək.

O nə etməli olduğumuzu bilər.

Eşitdin, Sprayt?

Ailə toplanır.

Vaxt çatıb.

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left