Ms. Marvel

Ms. Marvel

Download Azerbaijani undertekster

Sæson 1

Udgivelsesinfo

Ms Marvel 1 SEZON 3 BÖLÜM
En kommentar af themuratyusif

Tags

other
Udgivet den: 2022-08-10
Downloads: 30
Hørehæmmede: No

Forhåndsvisning af Azerbaijani undertekster

De første 200 linjer.

AvengerKon-da cavan bir qız.

ÖNCƏKİ BÖLÜMLƏRDƏ

Gördüyüm qədərilə gücün sənin içindən gəlir.

Bilərzik sanki super-insan tərəfini ortaya çıxarıb.

O bilərzik mənim anamımdır, Aişanın.

- Sananın anasına nə olub? - Həmin gecə yoxa çıxıb.

Ulu nənəmizə nə olub bilirsən? Aişaya?

O adı haradan eşitmisən?

İşıqları söndürüm yoxsa hələ də cinlərdən qorxursan?

Mənim 12 yaşım yoxdur.

Kaltekin Erkən Tanışlıq proqramına qəbul olmusan.

Axı məktəb Kaliforniyadadır.

Başqa bir super-qəhrəman fəlakəti baş verib

o isə orada oturub saxta Kapitan Marvelin onu xilas etməsindən danışıb lovğalanır.

Sonra təkmilləşmiş şəxs səni öldürməyə çalışdı.

O məni öldürməyə çalışmırdı. Məni xilas etdi.

Kimsə kömək etsin!

Dünyanı xilas edənlər Cerseydən tünd dərili qızlar deyil.

Baxın. Bu Gecə İşığıdır.

Bütün məbədləri, icma mərkəzlərini və məscidləri axtarın.

- Min. - Kamran?

Səninlə tanış olmaq üçün çox gözləmişəm.

Anamla tanış ol.

Tərcümə: themuratyusif Xoş izləmələr!

BRİTANİYA İŞĞALINDAKI HİNDİSTAN ---------------1942---------------

Fariha, Səlim, bilərziyi tapdım.

Qopmuş bir qolda olmasından qorxmalıyıq?

Məbəddəki kişinin nə dediyini eşitdin.

Dedi ki, ikisinə də ehtiyacımız var.

Qoy baxım.

Digəri haradadır?

Demişdim. İndiyə qədər ingilislər buranı ən azı iki dəfə yağmalamış olarlar.

Hey, sən. Burada nə edirsən? Burada olmamalısan.

- Onda biri ilə etməli olacağıq. - Atəş açacağıq.

Hökmdarın əmrinə uyğun olaraq dayanın.

Qaçmağına imkan vermə.

Get. Adəmi yoxla.

Najma, bu Britaniya ordusudur. Çox vaxtımız yoxdur.

Aişa, bir bilərzik nələr edə bilər bilmirik.

Fariha! Səlim! Bu tərəfə!

Mağaranı yerlə-yeksan edəcəklər. Yandırmağa başlayırlar.

Bu bilərziyin bizi evə aparmaq şansı varsa, bunu yoxlamalıyıq.

Bunu gördün?

Aişa, bu bilərziyi ələ keçirməklərinə imkan verə bilmərik.

Sən o tərəfə get. Mən də digərlərinə baxım.

- Yaxşı? Problem yoxdur. - Yaxşı.

Sonra görüşərik.

- Söz verirəm. - Get.

O vaxtdan bəri birlikdə qaçırıq.

Ulu nənən Aişaya gəldikdə isə...

bu onu son görüşümüz idi.

Hamınız onu haradan tanıyırdınız?

Yəni... Məktəbdə tanış olmuşdunuz?

Elə deməzdim. Aişa da bizim kimi başqa aləmdən idi.

- Yox. Əlbəttə. Hə. - Öz seçimimizlə burada deyilik. Sürgün edilmişik.

Və tam evə qayıdış yolunu tapmaq üzrə ikən ayrı düşdük.

Onu hər yerdə axtardıq. Ayrılma zamanı baş verənlərə görə

düşündük ki, başqaları kimi itkin düşüb.

Popkorn, popkorn.

Ona fikir vermə. 100 ildir buradayıq,

amma aludə olmaq üçün insanlığın ən axmaq tərəflərini seçib.

Bu çox kobud idi.

O məsələyə gəldikdə... 40-larda yaşamış adamlara görə olduqca yaxşı görünürsünüz.

- Təşəkkürlər. - Hə. Hamımız yox. Uşağın 17 yaşı var.

Əla. Bir az rahatladım.

Düz deyirsənmiş. Çox şirindir.

Mən heç vaxt elə söz deməmişəm. Yəni elə olduğunu düşünürəm.

- Bunu özümə saxlamağa çalışırdım. - Bu çox qəribədir.

- Qəribə edən sizsiniz. - Sənə nə öyrətmişdim?

- Niyə qızarırsan? - Sənin haqqında danışmırdı.

Biriləri aşiq olub...

- Gəl. Bura səs-küylüdür. - Bu mənim evimdir.

Acmıdır deyə soruşdunuz heç? Heç kim ac olub-olmadığını soruşmadı.

Yeri gəlmişkən, məni xilas etdiyiniz üçün təşəkkür etmək şansım olmadı.

Ən azından Aişanın ailəsini qorumalıyıq.

Sən bilərziyi taxıb biz Nurun varlığını hiss edənə qədər ailəsi olduğunu bilmirdik.

Nur? İşıq deməkdir, hə? Nur Qız. Yox, bu olmadı.

Hamımızın içində nur var. Əvvəla qocalmağımızı yavaşladır.

Amma bu aləmdə onun tam potensialına çata bilmirik.

Bəlkə də, sən buradan olduğun üçün edə bildin.

Bəs Kamran? O da burada doğulmayıb?

O bilərzik nura çatmağına kömək edir.

Bəlkə bir gün onun üçün də eyni şey ola bilər.

Bilmirəm. Məncə, bu bilərzik səbəbindən çoxlu pis şeylər baş verib.

Yəni, bir uşağı binadan atdım. Sonra dronlar tərəfindən qovalandım.

Yəni, bundan bir yaxşılıq gələcəyini düşünmürəm.

Əlbəttə, gələ bilər.

Bilərzik və göstərdikləri səni mənə

və aid olduğun digər adamlara gətirdi.

O insanlar səni kostyum geyinmiş bir qız olaraq görürlər.

Amma mən möhtəşəm bir mirasının olduğunu bilirəm.

Yəni bilərziyimi istəyirsən?

Aişanın diləyi hamımızı evə aparmaq idi. İndi başladığı şeyi sən bitirməlisən.

Bəs sizin eviniz tam olaraq haradadır?

Həmçinin, siz nəsiniz? Yəni sizə nə deməliyəm? Yəni biz nəyik?

Evimiz olan aləmdə - Nur aləmində bizə Naməlumlar deyirlər.

Nə olduğumuza gəldikdə isə bizə daha çox əcnəbi, məcnun, görülməyən deyərlər.

Siyahı uzanıb gedir.

Amma bizi ən çox bu adla tanıyırlar - əcinə.

Bağışla. Əcinə dedin?

Dostum, bugün həyatımın ən çılğın gecəsini...

Kamala, mənə sadəcə "sağam" yazıb üstünə 8 saat yata bilməzsən.

Dəlicə bir şey oldu. Polis gəldi və Gecə İşığı barədə soruşmağa başladı...

Polis? Dron göndərmişdilər? Məni dünən dronlar qovalayıb.

Həmçinin, unutma, Gecə İşığı adından xilas olmağa çalışırıq.

- Sən nə danışırsan? - Bu pis addır.

- Bu adı 5 yaşındakı uşaqlar istifadə edər. - Kamala, diqqətini topla.

- Mən əcinəyəm. - Tonikli olan?

Nə olduğumu öyrəndim, asqardlı, ya da yadelli deyiləm.

Başqa maraqlı bir şey də deyilmişəm.

Yəni, bu uşaqlıq kabusumdur.

Bax, bir ruh hekayələri və bir də əcinə hekayələri var idi.

Və əcinə hekayələri çox daha pisdir, çünki onlar həqiqidirlər.

Bu məlumatları haradan almısan?

Bir qrup əcinə dünən məni dronlardan xilas etdi.

Özlərinə Naməlumlar deyirlər. Və Kamran onlardan biridir.

O uşaqda qəribə bir şey olduğunu demişdim.

Onlar çox yaxşıdırlar,

amma, yəni, onlar mənə bilərzikdən, güclərimdən

və ulu nənəm Aişadan danışdılar.

Yəni bu məsələdə irəliləmişik. Həmçinin, mənim köməyimə ehtiyacları var, mənim də sənin.

Təxmin etmişdim. Yaxşı, hə, əlbəttə. Ola bilər. Niyə də yox?

Bir qrup ruha və onların normal görüntülü oğullarına

necə kömək edə bilərəm bilmirəm. Çoxlu məlumata ehtiyacım olacaq.

Sənə hər şeyi danışacağam, yaxşı? Sadəcə əvvəlcə...

Riyaziyyatda yaxşısan. Ağlına aləmlər arası səyahətlə bağlı

nəsə gəlir?

Xüsusilə də Nur aləmi deyə bir aləm? N-U...

Əslində, yadıma oxuduğum bir məqalə düşdü. Deyəsən, Dr. Erik Selviqin idi.

Mükəmməl. Onu yenidən oxu. Mən gedib xına üçün bir şey almalıyam.

Sən getmədən...

Trendlərdəsən.

Nə?

Problem var, rəis?

Agent, əslində.

Zərər İdarəsi Şöbəsi.

Bu məscidin yaxınlarında hərəkətə keçmiş naməlum

təkmilləşmiş fərd görüldüyü barədə məlumat almışıq.

Hərəkətə keçmiş? Burada? Xəbərim yoxdur, xanım.

Amma uça bilən birini tanıyırsınızsa, zəhmət olmasa mənə də göndərin.

Yağış novlarını təmizləməyə adam axtarıram.

Dağılın. Ətrafı axtarın.

İcazəniz olmadan axtara bilməzsiniz. Burada hüquqi səlahiyyətli şəxs siz deyilsiniz.

- Üzr istəyirəm? - Nakia Bahadır, məscid idarə heyətindən.

Hələ sayılacaq səslər var.

Yaxşı, gələcək üzvü deyək, amma səsvermədən əminəm.

ABŞ cinayət məcəlləsinə görə asayiş keşikçiləri yazılı

axtarış sənədləri olmadan şəxsi mülkə girə bilməzlər.

Hə? Cinayət məcəlləsini bağçada oxumusan?

Law & Order izləmişəm, amma haqsız deyiləm.

Bu çox ciddi bir məsələdir. Bizə kömək etmək yararınıza olar.

Axtardığınız adam təkmilləşmiş olduğuna görə

yoxsa sadəcə məsciddə görülüb deyə, xanım?

Xahiş edirəm. İcazə kağızı alandan sonra gəlin.

Bağışlayın, agent xanım. Gələn səfər ayaqqabılarınızı çıxarın.

Salam.

Rəqs məsələsinə görə? Çünki, məncə, kifayət qədər məşq etsən, mənim səviyyəmə çata bilərsən.

- Sən elə düşün. Mən möhtəşəməm. - Olacaqsan.

Problem nədir, canım?

- Heç nə. Boş ver. - Yaxşı, elə deyirsənsə.

Əslində, səninlə bir şey barədə danışmaq istəyirdim.

- Problem odur. - Nə?

Gecə İşığı. Yeri gəlmişkən çox axmaq addır.

Ax. Razıyam.

Bilirsən, Zərər İdarəsi Şöbəsi silahlı dövlət orqanıdır.

Bugün məscidə gəlmişdilər.

Nə?

Bir şey bildiyimizi düşünüb içəri axın etdilər,

sanki kifayət qədər hədəfdə deyilik.

Və onun bundan xəbəri yoxdur, olsa belə, vecinə olmaz.

- Zərər İdarəsi? Niyə? Nə istəyirdilər? - Bilmirəm.

Onu ələ verməyimizi filan istədilər.

Bütün bu yaxşı müsəlman - pis müsəlman oyunları milləti narahat edir.

Seçim sonu iclasımızı məhv etdilər.

Artıq mən də idarə heyətindəyəm.

Heyətə üzv oldum.

Kamala.

- Gözlə. İndicə qalib gəldim dedin? - Ola bilər.

- Dostum. - Qardaşım.

Təşəkkürlər.

Əynimizi dəyişib xınaya düşək.

Kamala, buradakı hamı ailənizdəndir?

Hə. Biz pakistanlıyıq. Geniş ailələrimiz var.

Başa düşürəm.

Şirin xala, gəldiyinə çox sevindim.

Mune, aramızda 4 transferli, 28 saat uçuşluq məsafə var.

Sən sadəcə bir dost deyilsən, bundan əmin ol.

Beta, Sana gələ bilmədi deyə çox məyusam.

Ananın səninlə birgə bunu qeyd etməməsi çətin olmalıdır.

- Həmişəki kimi. - Mmm.

Mənim toyumda da yox idi. Niyə oğlumun toyuna gəlsin ki?!

Olsun, mən varam, əslində belə hamı üçün daha yaxşı oldu. Daha az dram.

Hə.

Analar və qızları, bitməyən bir mübarizədir.

Sən də anana problem çıxarmasan, yaxşı olar.

Mən?

- Yox. Ağlımdan belə keçirmərəm. - Yaratmaz. Yox, yox, heç problem çıxarmaz.

Yox. Tam bir mələkdir.

Yaxşı zarafat idi, millət.

Çox gülməlidir, amma bir cüt ayaqqabı gizlətməli idiniz,

More Azerbaijani subtitles for Ms. Marvel

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left